satellite   Azerspace-1: 11135 H 30000

Gələcəyin hüquqşünasları "məhkəmə simulyasiyası” keçirib - FOTOLAR

Gələcəyin hüquqşünasları "məhkəmə simulyasiyası” keçirib<font color=red> - FOTOLAR</font> Gələcəyin hüquqşünasları "məhkəmə simulyasiyası” keçirib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi, Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "məhkəmə simulyasiyası" keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov "Hüquqşünaslıq" ixtisasında təhsil alan tələbələrin nəzəri bilikləri ilə yanaşı təcrübi bilik və bacarıqlarını təkmilləşdirmək üçün keçirilən simulyasiyanın önəmini vurğulayıb.

Tələbələr məhkəmə prosesində olan hakim, prokuror, vəkil, şahid, hal şahidi, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq, simulyasiyanın hazırlanmasında yaxından iştirak ediblər.

Qeyd edək ki, məhkəmə simulyasiyasını canlandırmaq üçün tələbələr müxtəlif təlimlərə cəlb olunub, müvafiq hüquqi yazı qaydaları haqqında əvvəlcədən məlumat alıblar.

                                                      Suat Əhmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM