satellite   Azerspace-1: 11135 H 30000

Fənn olimpiadalarının I mərhələsinin nəticələri açıqlanıb

Fənn olimpiadalarının I mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Qeyd edək ki, növbəti mərhələ informatika fənni üzrə fevralın 18-də, digər fənlər üzrə fevralın 25-də keçiriləcək.

Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi fevralın 1-dən 15-dək www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM