satellite   Azerspace-1: 11135 H 30000

Elmi dərəcə almaq istəyən 35 nəfərə imtina cavabı verilib

Elmi dərəcə almaq istəyən 35 nəfərə imtina cavabı verilib

Ötən ilin dekabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ötən ay 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Həmçinin 63 nəfərə fəlsəfə doktoru, 18 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

Dekabr ayı ərzində 23 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 3 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM