satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni rektor təyinatı

<strong>Naxçıvanda yeni rektor təyinatı </strong>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Naxçıvan" Universitetinə yeni rektor təyin edilib. Muxtar respublikada yeganə özəl universitet olan "Naxçıvan" Universitetinə bundan sonra Kazımov Anar Altay oğlu rəhbərlik edəcək.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan Anar Kazımov "Naxçıvan" Universiteti təsisçisinin qərarı ilə bu vəzifəyə gətirilib və bu gün kollektivə təqdim edilib. Dosent Anar Kazımov bu təyinatdan əvvəl Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Faktı universitetin mətbuat xidməti təsdiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM