satellite   Azerspace-1: 11135 H 30000

Magistraturaya sənəd qəbulu davam edir: 9434 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya sənəd qəbulu davam edir: 9434 bakalavr ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və fevralın 9-u saat 23:59-dək davam edəcək. Fevralın 4-ü saat 13:05-ə olan məlumata əsasən, 9540 bakalavr (Azərbaycan bölməsi - 8690; rus bölməsi – 850) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlərin DİM-in internet portalında “Şəxsi kabinet”i olmalıdır. Ərizə vermək üçün tələb olunan məbləğ “Şəxsi kabinet”indəki hesaba əlavə edilir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə Mərkəzin internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan fevralın 19-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM