satellite   Azerspace-1: 11135 H 30000

Magistraturaya sənəd qəbulu yekunlaşır: 13179 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya sənəd qəbulu yekunlaşır: 13179 bakalavr ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sənəd qəbulu sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlanıb və fevralın 9-u saat 23:59-dək davam edəcək. Bu gün saat 09:10-a olan məlumata əsasən, 13179 bakalavr (Azərbaycan bölməsi - 12046; rus bölməsi - 1133) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlərin “Şəxsi kabinet”i olmalıdır. Ərizə vermək üçün tələb olunan 50 manat məbləğ “Şəxsi kabinet”dəki hesaba əlavə edilməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə Mərkəzin internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan fevralın 19-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM