satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

“Zəlzələ nəticəsində daha çox dağıntıya məruz qalan bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz var:

“Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Amma onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Zəlzələ baş verən bölgədə olan tələbələr - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM