satellite   Azerspace-1: 11135 H 30000

Sabah respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı təşkil ediləcək

Sabah respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 19-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM