satellite   Azerspace-1: 11135 H 30000

AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiq edilib

AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiq edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Beynəlxalq Elmi Şuraya üzvlüyü təsdiq edilib. Bu münasibətlə Beynəlxalq Elmi Şuranın prezidenti Peter Qlukman tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təsdiq məktubu göndərilib.

Bu barədə Naxçıvan televiziyası-a AMEA-dan məlumat verilib. Məktubda elmi təşkilatlar arasında əlaqələrin həmişəkindən daha da möhkəmlənəcəyi vurğulanıb. Qeyd olunub ki, Beynəlxalq Elmi Şuranın üzvü olaraq AMEA qlobal çağırışların həllinin təmini məqsədilə səmərəli beynəlxalq əməkdaşlığın təşviqində 250-dən çox beynəlxalq elmi birlik və assosiasiyalar, həmçinin akademiyalar və tədqiqat şuraları daxil olmaqla, milli və regional elmi təşkilatlarla birlikdə dayanır. AMEA hazırda Beynəlxalq Elmi Şuranın tamhüquqlu nüfuzlu üzvüdür və onun Əsasnaməsinə uyğun olaraq, qarşıdan gələn bütün səsvermə prosedurlarında iştirak etmək hüququna malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM