satellite   Azerspace-1: 11135 H 30000

“Türkiye bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib

“Türkiye bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib

Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 8 nəfər Azərbaycan vətəndaşı 2023-2024-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb. Həmin şəxslər “Türkiye bursları” çərçivəsində bu ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təhsil alacaqlar.

Bu barədə Naxçıvan televiziyası-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd əldə edənlər təhsil, paleoantropologiya, psixologiya, molekulyar biologiya, kimya, hüquq və tarix ixtisas istiqamətləri üzrə Ankara Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İstanbul Universiteti, Qazi Universiteti, Qara dəniz Texniki Universiteti və digər universitetlərdə tədqiqat aparacaqlar.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan bu il yanvarın 30-da verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM