satellite   Azerspace-1: 11135 H 30000

9 illik bazadan kolleclərə ixtisas seçimi edənlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə ixtisas seçimi edənlərin sayı açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb.

Naxçıvan televiziyası Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 15:00-dək ümumilikdə 13 180 nəfər ixtisas seçimində iştirak edib.

Onlardan 12871 nəfəri Azərbaycan, 309 nəfəri isə rus bölməsi üzrə təhsil almış şəxslərdir.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-də başlayıb və avqustun 7-si saat 23:59-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM