satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb - FOTOLAR

  Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü  tədris ilinin payız semestrinin  qış imtahan sessiyası başlayıb<font color=red> - FOTOLAR</font>   Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü  tədris ilinin payız semestrinin  qış imtahan sessiyası başlayıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Müəllimlər İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, institutda imtahan sessiyasının gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. Operativ Qərargah sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə,  rəy və təklif qutusu vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

İmtahan sessiyasının ilk günü institutun rektoru Azad Novruzov və Operativ Qərargahın üzvləri imtahanların gedişi vəziyyəti ilə yaxından tanış olub, tələbələri maraqlandıran sualları cavablandırıb, Apelyasiya komissiyası və komissiyaya müraciət qaydaları haqqında tələbələri məlumatlandırıblar.

Qeyd edək ki, sessiya yanvarın 7-dən 31-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM