satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilk dəfə təhsil sahəsində rəhbər vəzifələrə işə qəbul müsabiqəsi keçiriləcək

Naxçıvanda ilk dəfə təhsil sahəsində rəhbər vəzifələrə işə qəbul müsabiqəsi keçiriləcək

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək.

Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.

Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.

Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:

-şəxsiyyət vəsiqəsi
-göy rəngli diyircəkli qələm

Müsabiqə zalına gətirmək qadağandır:
- mobil telefon və digər rabitə vasitələri
- ağıllı saat
- kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM