satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı Superkubok oyunu üçün ödənilən məbləğin geri qaytarılmasını istəyir

Səudiyyə Ərəbistanı Superkubok oyunu üçün ödənilən məbləğin geri qaytarılmasını istəyir

Səudiyyə Ərəbistanı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, yerli təşkilat komitəsi ötən ilin dekabrında paytaxt Ər-Riyadda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçirilməli olan Türkiyə Superkuboku uğrunda oyun üçün ödənilmiş 4,5 milyon avronun geri qaytarılmasını istəyib.

Həmin məbləğin az hissəsi TFF-nin, yerdə qalanı isə klubların hesabına köçürülüb.

Qeyd edək ki, Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM