satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandan olan gəncə Prezident mükafatı verildi - SƏRƏNCAM

Naxçıvandan olan gəncə Prezident mükafatı verildi <font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev fevralın 1-də "2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb. Naxçıvan televiziyası xəbər verir ki, sərəncama əsasən, Məhərrəmova Zərifə Hüseyn qızı da 2024-cü il Gənclər üçün Prezident mükafatı ilə təltif edilib.

1997-ci il noyabrın 15-də Naxçıvan şəhərində anadan olan Məhərrəmova Zərifə Hüseyn qızı gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə təltif edilib. O, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsinin rəhbəridir.

Qeyd edək ki, 2019-cu ildə ADA universitetinin Beynəlxalq Əlaqələr üzrə bakalavr pilləsini bitirib. 2020-ci ildə ADA və BERGAMO Universitetlərinin II səviyyə peşəkar dərəcə artırma proqramını bitirib, 2021-ci ildən isə Sankt-Peterburq Dövlət Universitetində magistr təhsili alır. “COP28 İqlim konfransı” və BMT-nin bir sıra təşkilatlarının gənclərlə bağlı müxtəlif layihələrinin ideya müəllifi və təşkilatçısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM