satellite   Azerspace-1: 11135 H 30000

"Liverpul" ulduz futbolçularını heyətdə saxlamaq niyyətindədir

"Liverpul" ulduz futbolçularını heyətdə saxlamaq niyyətindədir

İngiltərə təmsilçisi "Liverpul" ulduz futbolçuları Vircil van Deyk və Məhəmməd Salahı heyətində saxlamaq niyyətindədir.

Naxçıvan televiziyası-ın “Football Insider”ə istinadən məlumatına görə, rəhbərlik komandanın liderlərini saxlamaq üçün hər şeyi edəcək.

Daha əvvəl cari mövsümün sonunda baş məşqçi Yürgen Kloppun komandadan ayrılmasından sonra futbolçuların da “qırmızılar”ı tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 31 yaşlı Salah və 32 yaşlı Van Deykin müqavilələrinin müddəti 2025-ci ilə qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM