satellite   Azerspace-1: 11135 H 30000

“Böyük Dəbilqə”: ilk gündə Azərbaycanın 2 cüdoçusu uğursuz çıxış edib

“Böyük Dəbilqə”: ilk gündə Azərbaycanın 2 cüdoçusu uğursuz çıxış edib

Azərbaycan cüdo millisinin 2 üzvü Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.

Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) məğlub olub. Əhməd Yusifov isə iki rəqibini üstələməsinə baxmayaraq, 1/8 finalda yerli idmançı Romeyn Pikara uduzub.

Qeyd edək ki, üç gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu tatamiyə çıxacaq. Qarşıdakı günlərdə Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM