satellite   Azerspace-1: 11135 H 30000

Argentina millisinin Çindəki yoldaşlıq oyunu Messiyə görə ləğv edilib

Argentina millisinin Çindəki yoldaşlıq oyunu Messiyə görə ləğv edilib

Martda Argentina və Nigeriya milli komandaları arasında Çində keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.

Buna ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən argentinalı ulduz futbolçu Lionel Messinin Honkonqdakı yoxlama matçında meydana çıxmaması səbəb olub.

Təcrübəli hücumçunun zədəyə görə görüşü buraxdığı açıqlansa da, o, bir neçə gün sonra Yaponiyadakı qarşılaşmada iştirak edib. Bu isə azarkeşləri qəzəbləndirib.

Qeyd edək ki, Argentina - Nigeriya matçı martın ikinci yarısında təşkil olunmalı idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM