satellite   Azerspace-1: 11135 H 30000

Dünya reytinqi: “Qarabağ” 3, “Neftçi” 71 pillə irəliləyib

Dünya reytinqi: “Qarabağ” 3, “Neftçi” 71 pillə irəliləyib

Futbol klublarının yeni dünya reytinqi açıqlanıb.

Naxçıvan televiziyası  xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dərc etdiyi siyahıda 403 komanda yer alıb.

Həmin klubların arasında Azərbaycanın iki təmsilçisi var. Bunlar “Qarabağ” və “Neftçi” komandalarıdır.

Aktivində 146,5 xalı olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 3 pillə irəliləyərək 70-ci sıraya yüksəlib. Bakı klubu (57,5 xal) isə 71 pilləlik sıçrayışla 398-ci yerədək irəliləyib.

Qeyd edək ki, dünya reytinqinin ilk sırasında İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) qərarlaşıb. İkinci yeri İspaniya “Real Madrid”i (332 xal), üçüncü pilləni isə İtaliya “İnter”i (281 xal) tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM