satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: “Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəlib

Premyer Liqa: “Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Naxçıvan televiziyası xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

"Ağ-qaralar"ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM