satellite   Azerspace-1: 11135 H 30000

“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın futbolçusunu bəyənib

“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın futbolçusunu bəyənib

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Olavio Juninyonu bəyənib.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis braziliyalı hücumçunun İstanbul təmsilçisinə xeyir verəcəyini düşünür.

Azərbaycan çempionunun UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb. O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.

“Ağ-qaralar” mövsümün sonunda keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq. Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, “Qarabağ”ın “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo bir qola imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM