AVRO-2024: İngiltərə İsveçrəni məğlub edərək ½ final mərhələsinə yüksəlib

AVRO-2024: İngiltərə İsveçrəni məğlub edərək ½ final mərhələsinə yüksəlib

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.

NUHÇIXAN xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb- 1:1

Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, matçın 80-ci dəqiqəsinə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.

Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM