AVRO-2024: Niderland Türkiyəni məğlub edərək yarımfinala yüksəlib

AVRO-2024: Niderland Türkiyəni məğlub edərək yarımfinala yüksəlib

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində Niderland və Türkiyə milli komandaları qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, oyunda hesab 35-ci dəqiqədə açılıb.

Arda Gülerin ötürməsini Samet Akaydın qola çevirib.

Oyunun 70-ci dəqiqəsində Stefan De Fray qarşılaşmada tarazlığı bərpa edib.

6 dəqiqə sonra Mert Müldür topu öz qapısına göndərib.

Bununla da Niderland millisi Avropa çempionatının yarımfinalına yüksəlib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM