satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: İspaniya - Fransa matçının hakimləri müəyyənləşib

AVRO-2024: İspaniya - Fransa matçının hakimləri müəyyənləşib

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya - Fransa matçının hakimləri müəyyənləşib.

Naxçıvan televiziyası UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM