satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: İspaniya ilk finalçı olub

AVRO-2024: İspaniya ilk finalçı olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçından sonra aydınlıq gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM