satellite   Azerspace-1: 11135 H 30000

“Barselona” Almaniya millisinin üzvü ilə danışıqlara başlayıb

“Barselona” Almaniya millisinin üzvü ilə danışıqlara başlayıb

Almaniyanın “Bayer” (Leverkuzen) komandasının futbolçusu Conatan Ta karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Naxçıvan televiziyası xəbər verir ki, 29 yaşlı müdafiəçi “Barselona” ilə danışıqlara başlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya təmsilçisi oyunçunun özü və meneceri ilə görüşüb.

“Barselona”ya keçmək istəyən futbolçu “Bayer”lə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, Almaniya millisinin heyətində 32 oyunda meydana çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM