satellite   Azerspace-1: 11135 H 30000

Neymar "İnter Mayami"yə keçə bilər

Neymar "İnter Mayami"yə keçə bilər

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya milli futbol komandasının hücumçusu Neymar ABŞ-nin “İnter Mayami” klubuna keçə bilər.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə İsveçrənin "Sky Sport" nəşri xəbər yayıb.

Məlumata görə, futbolçu komanda yoldaşlarına yayda argentinalı Lionel Messinin oynadığı “İnter Mayami”yə, eləcə də “Barselona”ya keçmək istədiyini bildirib. Səudiyyə Ərəbistanında bildirilib ki, Neymar bu yolla maaş artımına nail olmaq üçün “Əl-Hilal”a təzyiq etmək istəyir.

Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın PSJ klubundan "Əl-Hilal"a keçib, o, yeni komandasında 5 oyun keçirib və bir qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM