satellite   Azerspace-1: 11135 H 30000

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III tur başlayır

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III tur başlayır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün III tura start veriləcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, günün yeganə matçında "Neftçi" MOİK-lə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Dekabrın 18-də isə iki matç təşkil ediləcək. Saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” "Azərreyl"i qəbul edəcək. İki saat sonra "Gənclər" və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, "Xilasedici" hazırda 6 xalla liderdir. Eyni xala malik olan “Murov Az Terminal” ikinci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Azərreyl"in 4, dördüncü yerdəki "Neftçi"nin 2 xalı var. Beşinci mövqedəki MOİK-in və sonuncu olan "Gənclər"in xalı yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM