satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 matçda 89 xal toplayan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv böyük fərqlə digər komandaları üstələyib.

28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.

2024-cü ildə Misli Premyer Liqasında 180 oyun keçirilib. 2023/2024 mövsümünün ikinci, cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub. 9 komanda hər iki mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.

“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. Qəsəbə klubu 36 oyun keçirənlər arasında ən az top buraxan komandadır.

1. "Qarabağ" 36 28 5 3 99-30 89
2. "Sabah" 36 17 11 8 52-42 62
3. "Zirə" 36 17 8 11 48-28 59
4. "Turan Tovuz" 36 15 13 8 48-40 58
5. "Sumqayıt" 36 14 8 14 33-41 50
6. "Araz-Naxçıvan" 36 14 7 15 32-44 49
7. "Neftçi" 36 11 12 13 46-50 45
8. "Kəpəz" 36 9 5 22 40-79 32
9. "Səbail" 36 6 7 23 40-63 25
10. "Şamaxı" 18 4 5 9 16-23 17
11. "Qəbələ" 18 3 3 12 18-32 12

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM