"Napoli" "Roma"nın kapitanı ilə güclənə bilər

"Napoli" "Roma"nın kapitanı ilə güclənə bilər

İtaliya təmsilçisi "Napoli" qış "transfer pəncərəsi"ndə "Roma"nın kapitanı Lorentso Pelleqrinini heyətinə qata bilər.

NUHÇIXAN "Sky Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi neapolluların baş məşqçisi Antonio Kontenin diqqət mərkəzinə düşüb.

Hazırda "canavarlar"ın heyətində işləri qaydasında getməyən Pelleqrininin "Napoli"yə keçidi istisna olunmur. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsüm 18 oyunda meydana çıxıb və 1 qol vurub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM