satellite   Azerspace-1: 11135 H 30000

“Trabzonspor” 6 futbolçu ilə yollarını ayıracaq

“Trabzonspor” 6 futbolçu ilə yollarını ayıracaq

Bu mövsüm istədiyi nəticələri qazana bilməyən Türkiyənin “Trabzonspor” klubu heyətlə bağlı bəzi dəyişikliklər edəcək.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 6 futbolçu ilə yollarını ayıracaq. Bunlar Stefano Densvil, Enis Bardi, Umut Bozok, Borna Barişiç, Hüseyin Türkmən və Serkan Asandır. Həmin oyunçular mövsümün ikinci yarısında komandada olmayacaqlar.

Superliqa klubu daha əvvəl xorvatiyalı futbolçu Mislav Orsiçlə vidalaşıb.

Qeyd edək ki, “Trabzonspor” qış fasiləsinə 19 xalla 13-cü sırada yollanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM