satellite   Azerspace-1: 11135 H 30000

PSJ-nin hücumçusu karyerasını "Barselona"da davam etdirə bilər

PSJ-nin hücumçusu karyerasını "Barselona"da davam etdirə bilər

Fransanın PSJ klubunun hücumçusu Bredli Barkola karyerasını "Barselona"da (İspaniya) davam etdirə bilər.

Naxçıvan televiziyası "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı fransalı oyunçunu satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, B.Barkola cari mövsüm PSJ-nin heyətində meydana çıxdığı 33 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" hücumçunun dəyərini 65 milyon avro qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM