Vadim Vasilyev “Qarabağ” - “Neftçi” oyununda şansları dəyərləndirib

Vadim Vasilyev “Qarabağ” - “Neftçi” oyununda şansları dəyərləndirib

Azərbaycan millisinin sabiq üzvü Vadim Vasilyev Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçında şansları dəyərləndirib.

NTV xəbər veiri ki, vaxtilə hər iki klubda çıxış etmiş veteran futbolçu  açıqlamasında “Qarabağ”a daha çox şans verdiyini söyləyib.

O, son nəticələrin məhz Ağdam təmsilçisinin xeyrinə olduğunu deyib:

“Son nəticələr “Qarabağ”ın xeyrinədir. Yəqin ki, bu oyunda da “Qarabağ” qələbə qazanacaq. Ümumiyyətlə, komanda çempionluğa əsas namizəddir. “Neftçi”də isə sabit oyun yoxdur”.

52 yaşlı veteran hücumçu “Qarabağ”ın cari mövsüm istənilən səviyyədə çıxış etmədiyini də vurğulayıb:

“Qarabağ” bu mövsüm ötən ilə nisbətən aşağı səviyyədə çıxış edir. Sanki komanda bir az öz oyununu itirib. “Neftçi”nin bu mövsüm bəzi matçlarda “Qarabağ”ı məğlub etmək şansı olsa da, bundan yararlana bilmədi”.

Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçının start fiti 20:00-da səsləndiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM