satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan səfirliyi Azərbaycan millisini dünya çempionatında qələbə münasibətilə təbrik edib

Gürcüstan səfirliyi Azərbaycan millisini dünya çempionatında qələbə münasibətilə təbrik edib

Gürcüstanın Bakıdakı səfirliyi Azərbaycanı ölkə yığmasının mini-futbol üzrə dünya çempionatında qələbəsi münasibətilə təbrik edib.

NTV xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.

"Gözəl qonşumuz və dostumuz Azərbaycanı minifutbol üzrə dünya çempionatında möhtəşəm qələbə münasibətilə təbrik edirik! Sizə gələcəkdə daha böyük uğurlar və qələbələr arzulayırıq", - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycanın milli komandası iyunun 1-də minifutbol üzrə dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək ilk dəfə mundialın qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM