satellite   Azerspace-1: 11135 H 30000

Emin Mahmudov: "Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var"

Emin Mahmudov: "Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var"

Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var.

 

 NTV xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov sabah Latviyaya qarşı keçirəcəkləri yoxlama matçından öncə mətbuat konfransında bildirib.

 

O, yığmanın Latviyanı məğlub edəcəyinə inanır:

 

"Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır".

 

Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM