satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandan olan idmançı dünya ikincisi olub - FOTOLAR

Naxçıvandan olan idmançı dünya ikincisi olub <font color=red> - FOTOLAR</font> Naxçıvandan olan idmançı dünya ikincisi olub <font color=red> - FOTOLAR</font> Naxçıvandan olan idmançı dünya ikincisi olub <font color=red> - FOTOLAR</font> Naxçıvandan olan idmançı dünya ikincisi olub <font color=red> - FOTOLAR</font> Naxçıvandan olan idmançı dünya ikincisi olub <font color=red> - FOTOLAR</font> Naxçıvandan olan idmançı dünya ikincisi olub <font color=red> - FOTOLAR</font>

Naxçıvandan olan idmançı dünya ikincisi olub 

NTV xəbər verir ki, Rusiyada – Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində kəmər güləşi üzrə dünya çempionatı keçirilib. Yarışda 29 ölkədən ümumilikdə 300 idmançı iştirak edib.

Çempionata milli komandamızın heyətində qatılan idmançılar arasında Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin, Əməkdar məşqçi Faiq İsgəndərovun yetirməsi Namiq Əlizadə də olub. 

2007-2008-ci il təvəllüdlü idmançılar arasında 65 kq çəki dərəcəsi üzrə mübarizə aparan təmsilçimiz əvvəlcə Suriya, sonra Tacikistan idmançılarını məğlub edərək finala yüksəlib. Rusiya idmançısı ilə keçirdiyi final görüşündə üstünlüyü əldən verən Namiq buna baxmayaraq, gümüş medal qazanmaqla karyerasında ilk dəfə dünya çempionatının mükafatçısı olub. 

Qeyd edək ki, kəmər güləşinin (koresh) tarixi kökləri türk xalqları ilə bağlıdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM