satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan cüdoçusu beynəlxalq turnirin qalibi olub - FOTOLAR

Naxçıvan cüdoçusu beynəlxalq turnirin qalibi olub<font color=red> - FOTOLAR</font> Naxçıvan cüdoçusu beynəlxalq turnirin qalibi olub<font color=red> - FOTOLAR</font> Naxçıvan cüdoçusu beynəlxalq turnirin qalibi olub<font color=red> - FOTOLAR</font>

Ölkəmizdə Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Bakı Avropa Cüdo Ümidləri Turniri keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, beynəlxalq yarışa 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman (UGİM) məktəbinin idmançısı Ləman Bağırova 15 yaşadək idmançılar arasında 36 kiloqram çəki dərəcəsi üzrə birinciliyə yiyələnib.

Ləman bu nəticə ilə Naxçıvan cüdoçuları arasında beynəlxalq turnirin qalibi olan ilk idmançıdır.

Qeyd edək ki, Naxçıvan UGİM yarışda məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 4 oğlan və 1 qız idmançı ilə təmsil olunur. Turnirdə mübarizə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM