satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”ın Yunanıstana səfər planı məlum olub

“Araz-Naxçıvan”ın Yunanıstana səfər planı məlum olub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində Yunanıstanın “Aris” klubunun qonağı olacaq “Araz-Naxçıvan”ın səfər planı müəyyənləşib.

Bu barədə  NTV-yə klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan təmsilçisi Yunanıstana iyulun 29-da yollanacaq. Bir gün sonra isə baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı nəzərdə tutulub.

Klub rəsmisi “Araz-Naxçıvan”ı “Aris”lə oyunda dəstəkləmək üçün hələ ki, heç bir azarkeşin müraciət etmədiyini deyib.

Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" görüşü iyulun 31-də Salonikidəki "Klintis Vikelidis" stadionunda, Bakı vaxtı ilə 22:15-də start götürəcək. Naxçıvan təmsilçisi Bakıda baş tutan oyunda qələbə qazanıb - 2:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM