satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

NTV xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM