satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya qəbul olmaq üçün 175 namizəd ixtisas seçimi edib

Rezidenturaya qəbul olmaq üçün 175 namizəd ixtisas seçimi edib

Türkiyənin “Fənərbaxça” klubu Ukrayna millisinin qapıçısı Andrey Luninin transferi üçün İspaniyanın “Real Madrid” komandasına rəsmi təklif göndərib.

NTV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi razılaşmanın bir hissəsi kimi öz qapıçısı Dominik Livakoviçi ehtiyat qolkiper olaraq Madrid təmsilçisinə təklif etsə də, “kral klubu” bu keçidə maraq göstərməyib.

Daha əvvəl İspaniya mətbuatı “Real Madrid”in komandadan ayrılmaq istədiyi təqdirdə, Lunini 20–25 milyon avroya sata biləcəyini yazıb.

26 yaşlı qolkiperlə İngiltərənin “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa” və İspaniyanın “Atletiko Madrid”, “Vilyarreal” kollektivlərinin də maraqlandığı bildirilir.

Qeyd edək ki, Andrey Lunin ötən ilin sentyabrında “Real Madrid”lə müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb. O, 2024/2025-ci illər mövsümündə bütün turnirlərdə 14 oyuna çıxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb və 19 qol buraxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM