Cari ildə Naxçıvan idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda 197-si qızıl, 129-u gümüş, 117-si bürünc medal olmaqla, ümumilikdə, 443 medal qazanıblar. İdmançılarıdan 2-si dünya, 87-si beynəlxalq turnirin qalibi, 106-sı isə Azərbaycan çempionu olub.
NTV xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının idman sahəsində və ictimai həyatında fərqlənən qabaqcıl gənclərin müfatandırılması mərasimində gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov deyib.
O əlavə edib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində də tərəfimizdən həyata keçirilməsi zəruri olan tədbirlər icra edilməkdədir. Artıq Naxçıvan şəhərində və muxtar respublikanın şəhər və qəsəbələrində 19 yerdə açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib.
