satellite   Azerspace-1: 11135 H 30000

“Fənərbağça” hakim qərarları ilə bağlı bəyanat yayıb

“Fənərbağça” hakim qərarları ilə bağlı bəyanat yayıb

Türkiyənin “Fənərbağça” komandası mübahisəli hakim qərarları ilə bağlı bəyanat yayıb.

NTV klubun rəsmi saytına istinadla xəbər verir ki, açıqlamada son turlarda komandanın əleyhinə qəbul edilən qərarlardan narazılıq ifadə olunub.

Bildirilib ki, klub mövsümün startından etibarən hakimliklə bağlı müzakirələrdən kənarda qalmağa, yalnız meydandakı oyuna fokuslanmağa üstünlük versə də, son matçlarda səhvlər artıb və artıq sistemli xarakter alıb: “Bu isə futbolun ədalət prinsipinə zərər vurur. Yanlış qərarlar işimizə kölgə salır. Amma səssiz qalmağımız haqsızlıqlarla razılaşdığımız anlamına gəlməsin”.

Qeyd olunub ki, təxribatlardan və polemikalardan uzaq durmaq mövqeyi həm klubun, həm də türk futbolunun gələcəyi üçün daha ədalətli və şəffaf mühit yaratmaq məqsədi daşıyır.

“Fənərbağça”, həmçinin Türkiyə Futbol Federasiyası və Mərkəzi Hakimlər Komitəsindən prosesi daha ədalətli və şəffaf aparmaq üçün konkret addımlar gözlədiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM