satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları başlayır

Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

NTV xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Komandalar arasında Sumqayıtda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab oyunları martın 4-5-də reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM