satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

NTV xəbər verir ki, qrupun ikinci oyununda Cənubi Koreya millisi Çexiya yığması ilə qarşılaşıb. Görüş Asiya təmsilçisinin 2:1 heablı qələbəsi ilə başa çatıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 59-cu dəqiqədə Çexiya millisinin müdafiəçisi Ladislav Kreyçi komandasını önə keçirib. Cənubi koreyalılar bu qola 67-ci dəqiqədə cavab veriblər. Xvan İn-Bom tarazlığı bərpa edib - 1:1. Bundan 10 dəqiqə sonra çexlər ikinci dəfə fərqlənsələr də, ofsayd səbəbindən qol qeydə alınmayıb. Oyunda son nöqtəni isə O Hön Qü qoyub. Türkiyə "Beşiktaş"ının hücumçusu 80-ci dəqiqədə fərqlənməklə, komandasına Cənubi Koreya yığmasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, bu qrupun ilk oyununda dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra A qrupunda Meksika (3 xal) birinci, Cənubi Koreya (3 xal) ikinci, Çexiya (xalı yoxdur) üçüncü, CAR (xalı yoxdur) dördüncü pillədə qərarlaşıb.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM