satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Azərbaycanın daha 5 qız güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 5 qız güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha beş qız güləşçisi Bakıda təşkil olunan U-17 dünya çempionatında mübarizəyə başlayacaq.

NTV xəbər verir ki, turnirin dördüncü günündə Fatimə Bayramova (53 kiloqram), Fidan Babayeva (61 kiloqram), Simurə Abdullayeva (69 kiloqram), Gülxanım Şirinova (40 kiloqram) və Nuray Cəfərli (46 kiloqram) qüvvələrini sınayacaqlar.

Ötən gün Azərbaycanın 4 qız güləşçisi ilk görüşlərində uduzaraq mundialla vidalaşıblar.

Daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkəzov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycan turnirdə 29 idmançı ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM