satellite   Azerspace-1: 11135 H 30000

PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb

PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb

Fransanın PSJ klubu Niderland təmsilçisi "Ayaks"ın vingeri Mika Qodtsun transferi ilə bağlı danışıqlara başlayıb.

NTV insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 21 yaşlı belçikalı futbolçunun transferi Liqa 1-in digər təmsilçisi "Monako"nun vingeri Manes Akliuşun Paris təmsilçisinə ehtimal olunan keçidindən sonra reallaşa bilər.

M.Qodts ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 44 matçda meydana çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM