satellite   Azerspace-1: 11135 H 30000

Media: FIFA dünya çempionatı hüquqlarının bir hissəsinin özəl investorlara satılması planından imtina edib

Media: FIFA dünya çempionatı hüquqlarının bir hissəsinin özəl investorlara satılması planından imtina edib

FİFA prezidenti Canni İnfantino dünya çempionatı hüquqlarının bir hissəsinin özəl investorlara satılması ideyasından imtina edib.

NTV xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, qərar layihəyə qarşı kəskin tənqidlər və FIFA daxilində fikir ayrılıqları səbəbindən qəbul edilib. UEFA, CONCACAF, AFC və CONMEBOL daxil olmaqla bir sıra futbol qurumları təşəbbüsə qarşı çıxıb.

FIFA-nın təklifi kişi və qadın dünya çempionatlarının kommersiya hüquqlarını idarə edəcək ayrıca şirkətin yaradılmasını nəzərdə tuturdu. Təşkilat bu layihənin milyardlarla dollar gəlir gətirə biləcəyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM