satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb

"Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq.

NTV "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün prioritet hədəfidir.

"Nyukasl" müdafiəçinin transfer dəyərini 70 milyon 200 min avro qiymətləndirir.

Qeyd edək ki, L.Holl ötən mövsüm bütün turnirlərdə 47 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM