satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar

İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.

NTV xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib. Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.

Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev iyunun 12–dən 14-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM