satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.

NTV-nin məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM